İspaniyanın "Tenerife" klubunun futbolçusu Xesus de Migel vəfat edib. Sport24.az xəbər verir ki, bu barədə Sequnda təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Xesus dünən çempionatda "Andorra" ilə matçda (2:2) rəqib qapıçı ilə toqquşub. Huşunu itirən futbolçuya ilkin müdaxilə edilib və o, xəstəxanaya aparılıb. Müalicə tədbirlərinə baxmayaraq, Xesusun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, 30 yaşlı futbolçu daha əvvəl "Kastelyon" və "Leqanes"də forma geyinib.