"Vikinq"i UEFA Çempionlar Liqasının IV turunda "Sabah"a qarşı maraqlı və gərgin oyun gözləyir". Sport24.az xəbər verir ki, bunu Noveç təmsilçisinin baş məşqçisi Byarte Lunde Aarsheym matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.

 

Mütəxəssis öz meydanlarında oynamağın üstünlüklərindən faydalanmaq istədiklərini bildirib:

 

"Öz meydanımızda oynayacağıq. Bizi "Sabah"a qarşı maraqlı və gərgin oyun gözləyir. Stadionumuzda azarkeşlərimizin yaratdıqları atmosferə güvənəcəyik. Gücümüzü onlardan alırıq. Düşərgədə atmosfer yüksəkdir. Zədəli oyunçularımız sıraya dönməkdədirlər. İnanırıq ki, "Sabah"la görüşdə 3 xal bizim olacaq".

 

Aarsheym "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas barədə müəyyən məlumatlara malik olduğunu sözlərinə əlavə edib:

 

"Rəqibin baş məşqçisinin qeyri-adi həyat hekayəsi var. Dambrauskas daha əvvəl verlişlərin birində əldə etdiyi pulu məşqçilik təhsilinə xərcləyib və bu yolla irəliləyib. Həqiqətən bu çox maraqlı hadisədir".

 

Qeyd edək ki, "Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.