FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb. Sport24.az xəbər verir ki, o, noyabrın 5-də Liqa mərhələsinin 4-cü turu çərçivəsində Belçikada keçiriləcək "Anderlext" – "Zalsburq" (Avstriya) qarşılaşmasın idarə edəcək.

 

Ona yan xətlərdə Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcəklər.

 

Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək.

 

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.