"Kəpəz"in uğurlu çıxışını mövsümün sonuna qədər davam etdirə biləcəyini indidən söyləmək çətindir". Bu sözləri Sport24.az-a açıqlamasında Gəncə klubunun sabiq baş məşqçisi Mahmud Qurbanov deyib.

Təcrübəli mütəxəssis sabiq komandasının bu mövsüm uğurlu çıxış etməsinin səbəblərindən danışıb:

"Çempionatın yarıdan çoxu hələ qarşıdadır və növbəti turlarda "Kəpəz"i kifayət qədər çətin oyunlar gözləyir. Bununla belə, Gəncə təmsilçisi hazırkı oyununu və nəticələrini qoruyub saxlaya bilsə, mövsümün sonunda qarşısına qoyduğu məqsədə çata bilər".


Qurbanov "Kəpəz"in nəticələrində azarkeşlərin roluna toxunub:


"Kəpəz"in nəticələrində azarkeş dəstəyinin də birbaşa rolu var. Gəncəlilərin komandaya olan sevgisi və tribunada göstərdikləri dəstək futbolçular üçün əlavə motivasiya mənbəyidir. Xüsusilə doğma meydanda azarkeşlərin yaratdığı atmosfer komandanın mübarizə əzmini artırır. Bu dəstək mövsümün qalan hissəsində də davam etsə "Kəpəz" daha yaxşı nəticələr əldə edəcək". 


Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasının 10-cu turunda "İmişli"yə minimal hesabla qalib gəlib. Gəndə klubu hazırda turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.