"Araz-Naxçıvan" Azərbaycan çempionatlarının yüksək dəstəsində 40-cı heç-heçəsini edib. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bu, Misli Premyer Liqasının X turunda gerçəkləşib.
Muxtar Respublika təmsilçisi öz meydanında "Zirə" ilə sülhə imza atıb – 2:2.
Qeyd edək ki, "Araz-Naxçıvan" Premyer Liqada keçirdiyi 157-ci matçında "40"a çatıb. Heç-heçələrdən 23-ü evdə, 17-si səfərdə qeydə alınıb. Naxçıvan təmsilçisi turnirin tarixində ən azı 40 görüşdə bir xal əldə edən 21-ci komandadır.