Azərbaycanın FIFA referisi Əliyar Ağayev Avropa Liqasına təyinat alıb. Sport24.az xəbər verir ki, o, IV turda keçiriləcək "Selta" (İspaniya) – "Yunion" (Belçika) matçını idarə edəcək.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.
VAR-da Manuel Şuttenqruber (Avstriya) və İnqilab Məmmədov olacaq.
Qeyd edək ki, noyabrın 6-da keçiriləcək oyuna saat 00:00-da start veriləcək.