Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan Asiya Kubokunun vaxtı dəyişdirilib. Sport24.az xəbər verir ki, Asiya Futbol Konfederasiyasının (AFC) məlumatına görə, turnir regiondakı vəziyyət, logistika çətinlikləri və nəqliyyat əlaqələrində yaranan problemlər səbəbindən təxirə salınıb.

 

Əvvəlcə 2027-ci il yanvarın 7-dən fevralın 5-dək keçirilməsi nəzərdə tutulan yarışın yeni tarixləri 23 dekabr 2027-ci il – 21 yanvar 2028-ci il olaraq müəyyənləşdirilib. Bu təqvim Beynəlxalq Futbol Federasiyasının (FIFA) təsdiqinə təqdim olunub.

 

Qeyd edək ki, turnirdə 24 milli komanda iştirak edəcək. Asiya Kubokunun son qalibi Qətər yığmasıdır.