Əvəzedicilər Liqasında bir oyun təxirə salınıb. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

 

Azərbaycan U-19 milli komandasının Avropa çempionatının elit raunduna daha yaxşı hazırlaşması məqsədilə AFFA-nın müraciəti, klubların razılığı, Peşəkar Futbol Liqasının qərarı ilə Əvəzedicilər Liqasının 9-cu turunun 8 noyabrda baş tutmalı olan "Sabah" – "Qarabağ" oyunu təxirə salınıb.