Bu gün keçirilən 3 oyunla II Liqada 9-cu tura yekun vurulub. Sport24.az xəbər verir ki, hesabat həftəsinin sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.
"Marafon" "doğma divarlar" arasında "Qaradağ Lökbatan"a 0:1 hesabı ilə məğlub olub. "Şirvan" səfərdə "Dinamo"ya 1:0 hesabı il qalib gəlib. "Zəngəzur" - "Şəmkir" matçında isə sevinən tərəf meydan sahibləri olub - 2:1.
Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran Lökbatan klubu zirvədə mövqeyini möhkəmləndirib. Hesabat həftəsini qələbə ilə başa vuran "Şirvan" 22 xal la ikinci pilləyə yüksəlib. İlk "üçlüy"ü isə aktivində 21 xal olan "Marafon" tamamlayır.