"Qəbələ" və "İmişli"nin əvəzedici komandaları cərimələnib. Sport24.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib:
30.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VIII turun "Qəbələ-2"– "Sabah-2" oyununda "Qəbələ-2" komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün "Qəbələ-2" komandası 70 manat cərimə edilsin (maddə 43.1);
31.10.2026-cı il tarixində Əvəzedicilər Liqasında VIII turun "Turan Tovuz-2"– "İmişli-2" oyununda "İmişli-2" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "İmişli-2" komandası 70 manat cərimə edilsin (maddə 43.1).