"Aston Villa" baş məşqçisi Unay Emeri ilə müqaviləni uzatmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Klubla mütəxəssis arasında danışıqlar başlayıb.

 

Emeri 2022-ci ildən Birmingem təmsilçisinə rəhbərlik edir. Komanda onun başçılığı altında ötən mövsüm Avropa Liqasının qalibi olub.

 

"Aston Villa" Premyer Liqada 9 turdan sonra 12 xalla 10-cu sıradadır.