"Barselona" futbolçusu Rafinya ilə müqaviləni uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı hücumçu ilə anlaşmanın müddəti 2030-cu ilin yayına kimi artırılıb.
Rafinya 2023-cü ildən "Barselona"da çıxış edir. O, bu mövsüm 13 oyunda 19 qol vurub.
Qeyd edək ki, futbolçu komandanın kapitanıdır.