Lənkəran Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə Açıq region birinciliyi keçiriləcək. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarışda gimnastlar öz bacarıqlarını nümayiş etdirərək müxtəlif proqramlar üzrə mübarizə aparacaqlar.
Qeyd edək ki, yarış noyabrın 14-də baş tutacaq.