"LANDAU Lions" bu gün FIBA Avropa Kubokunda Portuqaliya təmsilçisi "Benfika" ilə qarşılaşır. Sport24.az xəbər verir ki, V tur çərçivəsində keçiriləcək oyun Lissabonda baş tutacaq.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 

Qeyd edək ki, "LANDAU Lions" son turda Türkiyə "Denizli Basket"inə (94:86) qalib gəlib. Ondan əvvəl isə komanda "Bakken Birs"ə (Danimarka) 88:91, "Lions de Geneve"yə (İsveçrə) 83:105 və "Prievidza"ya (Slovakiya) 84:108 hesabı ilə məğlub olub.