Misli Premyer Liqasının XI turu "Zəfər turu" elan edilib. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

 

PFL Vətən müharibəsində şanlı qələbənin 6-cı ildönümü ilə əlaqədar bu qərarı qəbul edib.

 

XI turun oyunlarından əvvəl stadionlarda Dövlət Himni səsləndiriləcək.

 

Qeyd edək ki, XI turun matçları noyabrın 6-8-də keçiriləcək.