"Qarabağ"ın cinah oyunçusu Aleksey Kaşuk noyabr ayında keçiriləcək Millətlər Liqası oyunları üçün Ukrayna millisinə dəvət olunub. Sport24.az xəbər verir ki, bu barədə ukrayna mətbuatı məlumat yayıb.

 

26 yaşlı futbolçu Şimali İrlandiya (14 noyabr) və Gürcüstan (17 noyabr) ilə qarşılaşacaq 25 nəfərlik heyətə daxil edilib.

 

Bu, Kaşukun əsas milliyə ilk dəvətidir. O, daha əvvəl Ukraynanı gənclər və yeniyetmələr yığmasında çıxış edib. "Qarabağ"ın futbolçusu U-21 yığmasında 13 oyuna çıxaraq 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, Aleksey "Qarabağ"ın heyətində cari mövsümdə 5 qol vurub və 1 məhsuldar ötürmə verib.