"Bernli"nin keçmiş çalışdırıcısı Skott Parker "Vest Hem"in "sükanı arxasına" keçəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında məlumat yayıb.
Mənbənin özlərinə görə, tərəflər artıq müqavilənin bütün şərtlərini yekunlaşdırıblar.
Parker "Vest Hem"də Nuno Espirito Santonu əvəzləyəcək. Klub rəhbərliyi komandanın Çempionşipdəki uğursuz nəticələrindən sonra 52 yaşlı mütəxəssislə yolları ayırıb.
Parker 2026-cı ilin aprelində "Bernli"dən ayrıldıqdan sonra işsiz idi. O, məşqçilik karyerasında "Brügge", "Bornmut" və "Fulhem" kimi komandaları çalışdırıb.
Qeyd edək ki, "Vest Hem" hazırda turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb.