Bu gün "Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində "Vinkinq"in qonağı olacaq. Sport24.az xəbər verir ki, Norveçin Stavanger şəhərində keçiriləcək oyunun start fiti bu gecə saat 00:00-da səslənəcək.

 

Geridə qalan 3 turda qələbə üzünə həsrət qalan "Vinkinq 1 məğlubiyyət və 2 heç-heçə ilə turnir cədvəlinin 33-cü pilləsində qərarlaşıb. "Sabah" isə 1 qələbə və 2 yenilgi ilə 25-ci yerdədədir.

 

Qeyd edək ki, oyunun baş hakimi niderlandlı Sander van der Eyk olacaq.

 

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, IV tur

 

00:00. "Vikinq" (Norveç) - "Sabah"

Hakimlər: Sander van der Eyk, Rens Bluemink, Stefan de Qrot, Cui Koy (hamısı Niderland)

VAR: Yeroen Mansxot (Niderland)

AVAR: Jerom Brizar (Fransa)

Stavanger. "Lyse Arena" (Vikinq Stadionu).