Bu gün "Sabah" və "Qarabağ"ın U-19 komandaları UEFA Gənclər Liqasında növbəti oyunlarını keçiriəcəklər. Sport24.az xəbər verir ki, Bakı klubu əsas mərhələnin IV turunda Norveç təmsilçisi "Vikinq"lə üz-üzə gəlir.
Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. "Bayquşlar"ın U-19-u əvvəlki turlarda Dortmund "Borussiya"sına (0:2), Çexiyanın "Slaviya" (0:3) və İngiltərənin "Mançester Yunayted" (0:5) komandasına məğlub olub.
Ağdam təmsilçisi isə II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Xorvatiyada "Dinamo"nun qonağı olacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 16:00-da səslənəcək. Bakıda baş tutan ilk qarşılaşma Zaqreb klubunun (2:1) qələbəsi ilə başa çatıb.