Bu gün I Liqada 7-ci tura start verilir. Sport24.az xəbər verir ki, günün yeganə oyununda "Minçəçevir" "Şahdağ Qusar"ı qonaq edir.
"Nur şəhərinin" təmsilçisi 4 xalla turnir cədvəlinin 8-ci pilləsində yer alıbsa, Qusar təmsilçisi 15 xalla ikinci yerdədir.
Qeyd edək ki, hesabah həftəsinin digər 4 oyunu sabah keçiriləcək.
I Liqa
VII tur
15:00. "Mingəçevir" - "Şahdağ Qusar"
Hakimlər: Şamil İmanzadə, Anar Bədəlov, Qəzənfər Məmmədov, Maqsud Şamıyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança).