Bu gün keçiriləcək iki oyunla Azərbaycan Basketbol Liqasında (ABL) V tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün ilk matçında "Gəncə" və NTD-ni qonaq edir.
Gəncə İdman Sarayında baş tutacaq görüşün start fiti saat 14:00-da sələnəcək.
Bakı İdman Sarayında keçiriləcək matçda isə "Sumqayıt" "Sabah"la üz-üzə gələcək. Bu qarşılaşma da saat 14:00-a təyin olunub.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Ordu" "Naxçıvan"a "84:76, "Neftçi" isə "LANDAU Lions"a 86:84 hesabı ilə qalib gəlib.
Aktivin 5 xal olan "Sabah" beşinci, eyni xala malik "Sumqayıt" altıncı pillədə qərarlaşıb. Hərəyə 4 xalı olan "Gəncə" və NTD isə yeddinci və səkkizinci yerləri tuturlar.