Misli Premyer Liqasının 11-ci turunun ilk oyun gününə "Palms Sports Arena"da yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" doğma azarkeşləri qarşısında "Kəpəz"lə üz-üzə gəlir.
Meydan sahibləri hazırda turnir cədvəlinin zirvəsində qərarlaşıb. Qonaqları isə I dövrənin sürpriz komandası adlandırmaq olar. Çoxları mövsümün əvvəlində "Kəpəz"dən belə uğur gözləmirdi. Azər Məmmədovun yetirmələri 10 turdan sonra 17 xalla 5-ci yerdə qərarlaşıb. Heç şübhəsiz ki, bugünkü oyunun favoriti "Neftçi"dir. Ancaq Gəncə təmsilçisi də sensasiyaya imza ataraq paytaxtdan xal və ya xallarla geri dönə bilər.
Qeyd edək ki, turun digər oyunları sabah və bazar günü keçiriləcək.
Misli Premyer Liqası
I dövrə, XI tur
20:00. "Neftçi" - "Kəpəz"
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, Niyaz Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Bakı. "Palms Sports Arena".
"Neftçi": 1. Emil Balayev (k) 14. Elvin Bədəlov 3. Rüfət Abbasov 77. Falaye Sako 55. Endryu Qravilyon 29. Lyubomir Tupta 33. Breno Almeyda 10. Freddi Varqas 22. Denzel Jubitana 20. Qustavo Klisman 88. Viçko Şevel
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 91. Nurəziz Əzizov 8. Emin Mahmudov 7. Emil Səfərov 6. Sessi Dalmeyda 24. Mustafa Sek 18. İfeanyi Metyu 97. Bassala Sambu 26. Adeleke Akinyemi 11. Alen Şkribek 27. Draqolyub Saviç
Baş məşqçi: Yuri Vernidub
"Kəpəz": 1. Rojerio Santos 34. Urfan Abbasov (k) 7. Namik Ələskərov 8. Şakir Seyidov 9. Kennet Kalunqa 11. Viktor Stina 33. Benito 3. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze 27. Desmond Akua
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli 81. Elgün Bayramov 10. Rəhman Hacıyev 6. Vadim Abdullayev 99. Əli Səmədov 20. Rafael Məhərrəmli 5. Hüseyn Babayev 17. Ümid Səmədov 2. Arzu Atakişiyev 70. Şahnur İsmayılov 23. Raul İsaqov 57. Amur Yusifov
Baş məşqçi: Azər Məmmədov