İkinci dəfədir ki, "Ayın qolu" layihəsində qalib olurm. Bu, mənim üçün çox sevindirici haldır". Bu sözləri Sport24.az-a açıqlamasında I Liqada çıxış edən "Xankəndi"nin futbolçusu Bəhruz Teymurov deyib.


Oktyabrda "Ayın qolu" layihəsinin qalibi olan futbolçu mükafatla bağlı təəssüratlarını bölüşüb.

"Belə mükafata layiq görülmək insana xoş hisslər yaşadır və gələcək oyunlarda daha yaxşı çıxış etmək üçün əlavə motivasiya verir. Təbii ki, vurduğum qolun seçilməsi məni sevindirir. Bu uğuru komanda yoldaşlarımla birlikdə qeyd edəcəyik. Bir yerə yığışıb çay içəcək, tort kəsəcəyik. Belə deyək, özümüz üçün bir az şirinlik edəcəyik (gülür). Qolumu seçən hər kəsə təşəkkür edirəm. Eyni zamanda, qolumu seçməyənlərə də minnətdarlığımı bildirirəm. Hər kəsin öz fikri və zövqü var, buna normal yanaşıram. Əsas odur ki, komandamıza faydalı olmağa çalışırıq. Ümid edirəm ki, gələcəkdə də belə gözəl qollar vurmaq və azarkeşləri sevindirmək mənə qismət olar".

Qeyd edək ki, "Ayın qolu" layihəsində Misli Premyer Liqasında Elnur Cəfərov, I Liqada Bəhruz Teymurov, II Liqada isə Zöhrab Bayramov qalib olub.