Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 11-ci tur start götürür. Sport24.az xəbər verir ki, hər iki qarşılaşma Bakıda baş tutacaq.
Günün ilk oyununda turnir cədvəlinin üst pillərində yer alan komandalar üz-üzə gəlir. "Qarabağ" "doğma divarlar" arasında "Turan Tovuz"u qonaq edir.
Bu görüş ərəfəsində meydan sahibləri 19 xalla 3-cü (bir oyunu təxirə düşüb), 1 xal az toplayan qonaqlar isə 4-cü yerdə qərarlaşıb. Qurban Qurbanovun komandası ardıcıl 3 oyundu ki, qələbə qazana bilmir (üç heç-heçə). Kurban Berdıyevin yetirmələri isə ötən həftə son çempion "Sabah"a mövsümdə ilk məğlibiyyəti yaşadıb.
Qeyd edək ki, "Qarabağ" mövsümdə ilk dəfə ev oyununu "Azersun Arena"da keçirəcək.
Misli Premyer Liqası
I dövrə, XI tur
18:00. "Qarabağ" - "Turan Tovuz"
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. "Azersun Arena".
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev 55. Bədavi Hüseynov (k) 5. Bruno Lanqa 29. Renaldo Sefas 9. Zakaria Savo 25. Cebrail Makreçkis 21. Aleksey Kaşuk 11. Reda Xadra 88. Samuel Lobato 4. Bense Varkonyi 33. Dieqo Rosa
Ehtiyat oyunçular: 23. Martin Zlomisliç 12. Teymur Həsənov 13. Bəhlul Mustafazadə 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 19. Taofik İsmail 7. Jali Muaddib 39. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov
"Turan Tovuz": 1. Oleq Baklov 5. Roderik Miller 21. Stiv Beusnar 3. Enrike Silva 90. Joarlem Santos 77. Vadji İbrahima 15. Emmanuel Hakman (k) 7. Xorxe Silva 19. Roberto Olabe 33. Filip Damyanoviç 28. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin 13. Mehman Hacıyev 4. Rahil Məmmədov 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev 99. Sadiq Şəfiyev 25. Denis Marandiçi 8. David Tavareş 11. Dioqo Balau
Baş məşqçi: Kurban Berdiyev