"Turan Tovuz" Misli Premyer Liqasının XI turunun oyununda səfərdə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Aydın məsələdir ki, qələbəyə görə şadıq. Amma çox şeydən keçməli olduq, müdafiədə çox oynadıq. "Qarabağ" çox güclü komandadır.

 

- "Turan Tovuz" liderlərə qarşı uduzmadı. Demək olar ki, komanda artıq yüksəlişə keçib?

 

- Bunu birbaşa demək çətindir. Hər oyun xüsusi hazırlıqdır. Mən daha çox uşaqlara görə sevinirəm. Onlar özlərinə inandılar ki, liderlərə qarşı oynamaq olur. İstənilən oyun fərqli cərəyan edir.

 

- Faiq Hacıyevin komandadakı gələcəyini necə görürsüz?

 

Bu, oyunla bağlı sual deyil. Amma cavab verəcəm. Faiq digər oyunçular kimi komandamızın üzvüdür. Hamı öz şansını gözləyir. Faiq çox yaxşı məşq edir. Amma onun mövqeyində Xorxe Silva oynayır, o da yaxşı təsir bağışlayır.

 

- Komandanın çempionluq mübarizəsi aparması üçün hansı mövqelərdə transferə ehtiyac var?

 

- Bu mənə ünvanlanmış sual olmamalıdır. Klub prezidentinə ünvansalasaz, daha yaxşıdır. Bu məsələlərə mən baxmıram.