"Bavariya"nın 17 yaşlı qapıçısı Leonard Preskott mövsümün sonunda klubu tərk edə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport"un məlumat yayıb. 

 

Mənbə bildirir ki, müqavilənin uzadılması ilə bağlı danışıqlar dalana dirənib. Onun hazırkı sözləşməsi mövsümün sonuna qədər qüvvədədir. Ortaq məxrəcə gəlmək mümkün olmasa, gənc qolkiper bu yay sərbəst agent kimi klubu tərk edə bilər.

 

"Arsenal", "Aston Villa", "Brayton" və "Çelsi" kimi Premyer Liqa klubları Preskottla maraqlanır. "Çelsi" onunla müqavilə imzalasa, "Strasburq"a icarəyə verə bilər. Həmçinin, digər Bundesliqa klublarının da ona marağı var.

 

Qeyd edək ki, Preskott menisk zədəsi səbəbindən bu mövsüm meydana çıxmayıb. Həm ABŞ, həm də Almaniya vətəndaşlığı olan qapıçı, Almaniyanın U-17 yığmasının formasını geyinir.