"Bavariya"ya "Lans"ın 21 yaşlı fransız qapıçısı Robin Risserlə maraqlanır və mümkün transferlə bağlı artıq ilkin danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə "TuttoMercatoWeb" məlumat yayıb.

 

Mənbənin bildirdiyinə görə, Almaniya klubu oyunçunu 2027-ci ilin yanvarında heyətinə qatmağı planlaşdırır və cari mövsümün sonuna qədər onu icarə əsasında "Lans"da saxlamağı planlaşdırır. Qapıçıya İngiltərə Premyer Liqası klublarının da maraq göstərdiyini nəzərə alan Almaniya nəhəngi danışıqları sürətləndirmək niyyətindədir.

 

Qeyd edək ki,Risser "Strasburq" akademiyasının yetirməsidir. "Lans"ə keçməzdən və orada əsas qapıçı kimi mövqeyini möhkəmləndirməzdən əvvəl o, Fransanın "Dijon" və "Red Star" klublarında çıxış edib, həmçinin Fransa millisinə dəvət alıb.