Noyabrın 17-də 2026/27-ci il UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunun son oyunları keçirildi. Sport24.az xəbər verir ki, qrup mərhələsinin yekunlarına əsasən Gürcüstan millisi, Millətlər Liqasının dörd divizionunda iştirak edən 54 komanda arasında altı oyunda bir dənə də olsun qol vura bilməyən yeganə komanda oldu.

 

Turnirin bu mövsümündə ən zəif göstəricilərə malik digər komandalar Lixtenşteyn (D divizionunda 4 oyunda 1 qol) və Şimali Makedoniyadır (B divizionunda 6 oyunda 1 qol).

 

Qeyd edək ki, Gürcüstan yığması Ukrayna, Macarıstan və Şimali İrlandiya ilə eyni qrupda mübarizə aparırdı. Altı tur ərzində komanda iki dəfə qolsuz heç-heçə etdi (2-ci turda Ukrayna ilə və 4-cü turda Şimali İrlandiya ilə) və dörd məğlubiyyətlə üzləşib, ümumilikdə isə qapısında beş qol görüb.