"Napoli" idman direktoru Covanni Manna ilə yeni müqavilə imzalamaq barədə razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib. 

 

Mənbənin bildirdiyinə görə, razılaşma 2032-ci ilə qədər qüvvədə olacaq. Ötən gün Neaplo klubu funksionerlə yeni uzunmüddətli müqavilə bağlandığını təsdiqləyib.

 

Qeyd edək ki, 38 yaşlı Manna 2024-cü ildən "Napoli"nin idman direktorudur. O, daha əvvəl "Yuventus Next Gen", "Luqano", "Kyasso" və "Forli" klublarında eyni postu tutub.