"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas və komandanın üç futbolçusu azarkeşlərlə görüşəcəklər. Sport24.az klubun "feysbuk" sosial şəbəkə hesabında paylaşımına istinadən xəbər verir ki, tədbir noyabrın 21-də saat 15:00-da klubun İçərişəhərdə yerləşən fan-mağazasında keçiriləcək.

 

Görüşdə baş məşqçi ilə yanaşı, futbolçular - Akim Zedadka, Aleksey İsayev və Timoteuş Puxaç da iştirak edəcəklər.

 

Tədbirdə azarkeşlər futbolçulardan avtoqraf almaq və onlarla ünsiyyət qurmaq imkanı əldə edəcəklər. Həmçinin müxtəlif əyləncəli oyunlar təşkil olunacaq və hədiyyələr təqdim ediləcək. İştirakçılar "Sabah" - "Barselona" matçına bilet qazanmaq şansı da qazanacaqlar.