FIFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Sport24.az xəbər verir ki, Azərbaycan yığması ötən siyahı ilə müqayisədə üç pillə irəliləyib.
Milli 1145.18 xalla 124-cü sırada qərarlaşıb.
Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Millətlər Liqasında 4 oyundan sonra 8 xalla qrup lideri olub.
Qeyd edək ki, reytinqə 2004.48 xalla İspaniya başçılıq edir.