Bosniya və Herseqovina millisi Millətlər Liqasının 6-cı turunda Rumıniya üzərində 2:1 hesablı əzmkar qələbəyə sevinib. Sport24.az xəbər verir ki, oyun zamanı baş verən neqativ olay isə qarşılaşmanın müvəqqəti dayandırılmasına səbəb oldu.

 

Bosniyalı azarkeşlərin rumıniyalılara qarşı "Qaraçılar, qaraçılar" şüarları səsləndirməsindən sonra matç dayandırılıb.

 

Bundan sonra oxşar şüarların təkrarlanacağı təqdirdə matçın ümumiyyətlə baş tutmayacağı barədə xəbərdarlıq edilib və iki dəqiqədən sonra oyun bərpa olunub. Bundan əlavə, bosniyalı azarkeşlər görüş başlamazdan əvvəl Rumıniya milli himnini fitə basıblar.