Azərbaycan cüdoçularının Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək gənclər arasında dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib. Sport24.az xəbər verir ki, noyabrın 19-dan 22-dək baş tutacaq dünya çempionatının fərdi yarışlarında Azərbaycan 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunacaq.
Mundialda 78 ölkədən 574 idmançı iştirak edəcək. Fərdi yarışlar noyabrın 19–21-də baş tutacaq.
Azərbaycan cüdoçularının ilk rəqibləri:
Qızlar
48 kq, 1/16 final
Nərgiz Əhmədova – Maria Valensiya (Çili)
52 kq, 1/16 final
Aysun Məmmədova – Rima Burihan (Kanada)
57 kq, 1/16 final
Xədicə Qədəşova – Selin Bestav (Türkiyə) / Nino Xaraişvili (Gürcüstan) cütünün qalibi ilə
Vüsalə Hacıyeva – Nika Tomts (Sloveniya)
63 kq, 1/16 final
Hanna Zaytseva – Mariam Natelauri (Gürcüstan)
Oğlanlar
60 kq, 1/16 final
Ayxan Mirzəzadə – Gavreil Şanran Lu E Xan (Honkonq) / Stratos Xaralampus (Kipr) cütünün qalibi ilə
66 kq, 1/16 final
Məhəmməd Musayev – Maqni Lauritsen (Danimarka) / Yun Vinq Yat (Honkonq) cütünün qalibi ilə
81 kq, 1/32 final
Mehdi Abbasov – Edoardo Mikele Russo (İtaliya)
Cəsur İbadlı – Anas Buqammaz (Küveyt)
90 kq, 1/16 final
Süleyman Şükürov – Nikolas Zadvinski (ABŞ) / İnomjon Baxodirov (Özbəkistan) cütünün qalibi ilə
90 kq, 1/32 final
Aslan Kotsoyev – Dilşod Naşirov (Özbəkistan)
100 kq, 1/16 final
Davud Namazlı – Fadil Məhəmməd İsmaqombetov (Qırğızıstan)
100 kq, 1/32 final
Canpolad Əliyev – İvan Harmaş (Ukrayna)
+100 kq, 1/16 final
Ramazan Əhmədov – Temuulen Munxçuluun (Monqolustan)