"Turan" voleybol klubu doğma azarkeşləri önündə növbəti sınağına çıxacaq. Sport24.az xəbər verir ki, Tovuz təmsilçisi bu dəfə Azərbaycan çempionatının iddialı komandalarından biri olan "Naxçıvan"la üz-üzə gələcək.

 

Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək qarşılaşma noyabrın 18-də, saat 19:00-da start götürəcək.

 

Bu görüş "Turan"ın Çempionlar Liqası çərçivəsində İtaliyada keçirəcəyi oyun öncəsi son sınağı olacaq.

 

Qeyd edək ki, qarşılaşmanı izləmək istəyən azarkeşlər üçün giriş pulsuzdur.