ABŞ Futbol Federasiyası Maurisio Poçettinonun mümkün xələfi qismində İngiltərə millisinin keçmiş baş məşqçisi Qaret Sautqeyti nəzərdən keçirir. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk"ın məlumat yayıb.

 

Mənbənin sözlərinə əsasən, boş qalan posta əsas namizəd "Mançester Siti"nin keçmiş baş məşqçisi Pep Qvardioladır. Digər namizədlər arasında əvvəllər Belçika və Portuqaliya milli komandalarına rəhbərlik etmiş Roberto Martines, eləcə də "Nyukasl"ın keçmiş baş məşqçisi Eddi Haunun adı hallanır. 

 

Söylənilənlərə inansaq, Sautqeytin özü ABŞ millisinə rəhbərlik etməyə elə də maraq göstərmir. İngiltərə Futbol Assosiasiyası onun yenidən rəhbər vəzifəyə qayıtması ehtimalını nəzərdən keçirir.

 

55 yaşlı mütəxəssis 2024-cü ilin yayında İngiltərə yığmasından ayrıldıqdan sonra işsizdir. Onun rəhbərliyi altında komanda iki dəfə Avropa çempionatının finalına yüksəlib.

 

Qeyd edək ki, ABŞ yığmasının baş məşqçisi Poçettino "Mançester Yunayted"in "sükanı atxasına" keçib. Argentinalı mütəxəssis noyabrın 17-də KONKAKAF Millətlər Liqasının dörddəbir final mərhələsinin cavab oyunu çərçivəsində Haitiyə qarşı keçiriləcək oyunun ardından ABŞ millisində fəaliyyətini başa vuracaq.