Madrid "Real"lı ilə müqaviləsini 2032-ci ilin yayına qədər uzadan Arda Güler klubun tarixində iz qoymağı hədəflədiyini bildirib. Sport24.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

 

"Dünyanın ən böyük klubunda futbol tarixində iz qoymuş əfsanələrin yolu ilə getmək mənim üçün böyük şərəfdir. Arzum uzun illər bu formanı geyinmək, komanda ilə yeni titullar qazanmaq və bir gün adımı tarixə yazdırmaqdır".

 

Güler ona dəstək olan klub rəhbərliyinə, komanda yoldaşlarına, ailəsinə və azarkeşlərə təşəkkür edib.

 

Qeyd edək ki, 2023-cü ildən "Real"da çıxış edən futbolçu 126 oyunda meydana çıxıb və 5 titul qazanıb.