Xorvatiyanın Poreç şəhərində davam edən boks üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin daha iki üzvü 1/4 final mərhələsinə adlayıb. Sport24.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Aşırəliyev 1/8 finalda israilli Abdullah Rahalı heç bir şans buraxmayaraq 5:0 hesabı ilə üstələyib.
50 kq çəkidə çıxış edən Bilalhəbaşi Nəzərov isə rəqibi, moldovalı Katalin Turkun çəkisi normadan artıq olduğu üçün döyüşə buraxılmayıb və rəqibsiz şəkildə növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, noyabrın 16-da başlayan çempionata noyabrın 24-də yekun vurulacaq.