Azərbaycan boksçuları Budvada keçirilən U-19 dünya çempionatını 2 medalla başa vurublar. Sport24.az xəbər verir ki, bu barədə Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Komandamızın heyətində Nihat Qasımov (55 kq) və Səfdər Məmmədzadə (+90 kq) fərqlənib.
Qeyd edək ki, onların hər ikisi bürünc medal qazanıblar.