"Kəpəz" klubunun rəsmi fan-şopu, "1959 Store" fəaliyyətə başlayıb. Sport24.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb:

 

"Klubumuza aid rəsmi azarkeş atributları və aksesuarlarının satışını həyata keçirən mağaza "Kəpəz"sevərlərin təşəbbüsü və klub rəhbərliyinin dəstəyi ilə ərsəyə gəlib.  Fan-shopda həm uşaqlar, həm də böyüklər üçün xüsusi dizaynlı formalar, oyun formaları, nostalji formalar, şərflər və digər aksesuarlar satılır.

 

Ünvan: Gəncə şəhər stadionunun mərkəzi girişi

 

İş qrafiki: hər gün saat 11:00-19:00 ("Kəpəz"in ev oyunlarında mağaza matçın sonunadək işləyir, səfər qarşılaşmalarında isə istirahət günüdür)".