Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. Sport24.az xəbər verir ki, bu barədə AMADA-nın mətbuat xidməti məlumat yayıb.

 

İdmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb.

 

Sanksiya avqustun 31-dən qüvvəyə minib.

 

Daniel Holostenkonu yeniyetmə və gənclər arasında 7 dəfə Azərbaycan çempionu olub.