Azərbaycan millisinin boksçusu Nəbi İsgəndərov (70 kq) Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan Dünya Kubokunda yarımfinala vəsiqə qazanıb. Sport24.az xəbər verir ki, yarışın ikinci günündə mübarizəyə qoşulan idmançı 1/4 finalda Çexiya təmsilçisi Kelvin Sokessa ilə üz-üzə gəlib.

 

Hər 3 raundu xeyrinə bitirən boksçu yekunda 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanaraq özü üçün azı bürünc medalı təmin edib.

 

O, dekabrın 1-də final uğrunda özbəkistanlı Abdullah Madaminovla döyüşəcək.

 

Xatırladaq ki, bir gün öncə Məhəmməd Abdullayev (+90 kq) də yarımfinala adlayıb.