"Beşiktaş" "Yuventus"un daha bir futbolçusunu heyətinə qatmaq istəyir. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi "qoca sinyora"nın 29 yaşlı yarımmüdafiəçisi Jeremi Boqaya "elçi" düşüb.
"Beşiktaş" Fil dişi Sahilindən olan futbolçu üçün danışıqlara start verib. Amma Boqanın bu keçidə razılıq verib-verməyəcyi dəqiq deyil. Fil dişi Sahili millisinin üzvünün "Yuventus"la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
Boqa "Renn", "Qranada", "Birmingem", "Atalanta", "Sassuolo", "Nitsa" klublarının formasını geyinib. Əlavə edək ki, yayda "Beşiktaş" Fabio Mirettini "Yuventus"dan icarəyə götürüb.