Rumıniyanın paytaxtı Buxarest şəhərində taekvondo üzrə yeniyetmələr arasında keçirilən Avropa birinciliyində Azərbaycanın 2 idmançısı bürünc medala sahib çıxıb. Sport24.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.

 

Yarışda 29 kq çəki dərəcəsində mübarizə aparan Əsma Abdullazadə və 65 kq-da çıxış edən Yusif Nağızadə üçüncü yeri tutublar.