"Sabah"ın futbolçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının əsas mərhələsində hava duellərində qazandığı topların sayına görə turnirin ən yaxşıları sırasına düşüb. Sport24.az xəbər verir ki, 31 yaşlı hücumçu 5 oyunda 13 hava duelində qalib gəlib.
Bu göstərici ilə Mikels ümumi sıralamada 6-8-ci yerləri bölüşür.
O, "Feyenoord"un futbolçusu Naço Ferri və "Qalatasaray"ın vingeri Barış Alper Yılmazla eyni nəticəyə malikdir.
Qeyd edək ki, Mikels Çempionlar Liqasının əsas mərhələsində 5 oyunda ümumilikdə 363 dəqiqə meydanda olub.
O, hər 90 dəqiqəyə orta hesabla 3,22 hava duelində qalib gəlir.