"Slaviya"nın 22 yaşlı polşalı hücumçusu Viktor Novak "Brentford"un diqqət mərkəzinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə "Meczyki.pl" saytı məlumat yayıb.
Mənbənin sözlərinə əsasən, İngiltərə klubu həm Polşada, həm də Çexiyada Novak barədə ətraflı məlumat toplayır. Daha əvvəl Dortmund "Borussiya"sının və "Fənərbaxça"nın da bu futbolçu ilə maraqlandığı bildirilirdi.
Qeyd edək ki, "Slaviya" hücumçunun dəyərini 20 milyon avrodan çox qiymətləndirir. Çexiya çempionu indiyə qədər yalnız bir futbolçunu daha yüksək məbləğə satıb. Söhbət 22 milyon avro qarşılığında "Vest Hem"ə keçən El Hacı Malik Diufdan gedir.