"Union"un baş məşqçisi Mario Lustrinelli vəzifəsindən azad edilib. Sport24.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat paylaşıb.

 

Onun köməkçiləri – Saşa Ştaux, Mişel Rengli və Enriko Şirinzi də komandadan ayrılıb. Berlin təmsilçisi 11-ci turda "Maynts"a 1:2 hesabı ilə məğlub olub. Hazırda 7 xalı olan "Union" turnir cədvəlində 17-ci pillədə, yəni sondan ikinci yerdə qərarlaşıb.

 

Qeyd edək ki, yeni baş məşqçinin adı hələ açıqlanmayıb. Klub qərarını yaxın günlərdə elan edəcəyini bildirib. "Union" Bundesliqadakı növbəti oyunu yanvarın 5-də, öz meydanında "Hamburq"a qarşı keçiriləcək.