İsrail Premyer Liqasında 11-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadənin formasını geyindiyi "Kiryat Şimona" səfərdə "Hapoel Ramat Qan"ın qonağı olub.

 

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 3-cü dəqiqədə Kristofer Bonifeys vurub.   

 

Rüfət Abdullazadə ikinci hissənin əvvəlində - 46-cı dəqiqədə meydana daxil olub.

 

Qeyd edək ki, bu məğlubiyyətdən sonra 7 xalda qalan "Kiryat Şimona" turnir cədvəlinin sonuncu - 14-cü pilləsində qərarlaşıb.