Misli Premyer Liqasının XIII turunun "Turan Tovuz" – "Kəpəz" oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

 

– Çətin oyun oldu. "Kəpəz"lə matçlarımız ağır keçir. Hücumda və yarımmüdafiədə keyfiyyətli futbolçuları var. Oyunçularımız xarakter göstərdi.


– Penalti epizoduna baxmısınız?


– Xeyr. Buna görə nəsə deyə bilmərəm.

– Xorxe Silvanın yoxluğu hiss olundu. Qarşıdakı oyunlarda onsuz çətinlik çəkməyəcəksiniz?


– Kimin necə hazır olacağını görəcəyik.

 

– "Kəpəz"in baş məşqçisi bildirdi ki, ən azı bir xala layiq idik. Bu fikirlə razısınız?


– Bu, onun fikridir.