Misli Premyer Liqasında 13-cü turun oyunları davam edir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

 

Günün ilk matçı Tovuzda keçiriləcək. Mövsümün ikinci Qərb derbisində "Turan Tovuz" "Kəpəz"i qəbul edir. Tərəflər arasında ilk dövrədə baş tutan görüş Gəncə təmsilçisinin qələbəsi ilə başa çatıb. Heç şübhəsiz ki, "boz qurdlar" doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. 

Hazırda aktivində 24 xal olan meydan sahibləri turnir cədvəlinin 3-cü, qonaqlar isə 15 xalla 6-ci pilləsində qərarlaşıb. Tovuz klubu qalib gələcyi təqdirdə lider "Neftçi" ilə aralarında xal fərqinin artmasına imkan verməyəcək. Gəncə təmsilçisi 3 xal qazanacağı təqdirdə isə turnir cədvəlində bir pillə irəliləyərək, dünən məğlub olan "Zirə"ni keçəcək.

 

Qeyd edək ki, matçın start fiti saat 16:30-da səslənəcək.

 

Misli Premyer Liqası

II dövrə, XIII tur  

 

16:30. "Turan Tovuz" - "Kəpəz"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Namiq Bəkirov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: İmanxan Sultani

Tovuz. Şəhər stadionu

 

"Turan Tovuz": 1. Oleq Baklov, 88. Faiq Hacıyev, 5. Roderik Miller, 21. Stiv Beusnar, 90. Joarlem Santos, 77. Vadji İbrahima, 32. Hayderson Hurtado (k), 19. Roberto Olabe, 25. Denis Marandiçi, 33. Filip Damyanoviç, 11. Dioqo Balau

Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin, 13. Mehman Hacıyev, 4. Rahil Məmmədov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 99. Sadiq Şəfiyev, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 8. David Tavareş

Baş məşqçi: Kurban Berdiyev

"Kəpəz": 1. Rojerio Santos, 34. Urfan Abbasov (k), 7. Namik Ələskərov, 8. Şakir Seyidov, 9. Kennet Kalunqa, 66. David Domqjoni, 11. Viktor Stina, 3. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 27. Desmond Akua

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 81. Elgün Bayramov, 10. Rəhman Hacıyev, 99. Əli Səmədov, 20. Rafael Məhərrəmli, 5. Hüseyn Babayev, 17. Ümid Səmədov, 2. Arzu Atakişiyev, 70. Şahnur İsmayılov, 23. Raul İsaqov, 21. Azuma Abubakar, 33. Benito

Baş məşqçi: Azər Məmmədov