Millinin müdafiəçisi Anton Krivotsyukun şərəfini qoruduğu "Daejeon Hana Citizen"  Cənubi Koreya çempionatında 37-ci tur oyununa çıxıb. Sport24.az xəbər verir ki, Tedjon təmsilçisi hesabat həftəsində "Seul"un qonağı olub.

 

Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Krivotsyukun adı matçın iştirak ərizəsində yer almayıb.

 

Qeyd edək ki, hazırda aktivində 56 xal olan "Daejeon Hana Citizen" turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.